01.03.2017

Sumqayıt məktəbliləri arasında "Ədəbiyyat biliciləri" müsabiqəsi keçirilib

18 fevral 2017-ci il tarixdə Təhsil naziri cənab Mikayıl Cabbarovun “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması” ilə bağlı 1279 nömrəli, 16 dekabr 2014-cü il tarixli əmrinə əsasən Sumqayıt məktəbliləri arasında “Ədəbiyyat biliciləri” müsabiqəsinin yazı mərhələsi keçirilib. Bu mərhələ Texniki və təbiət elmləri liseyində təşkil olunub.

28.02.2017

Təhsil naziri Ukrayna nümayəndə heyətini qəbul edib

Fevralın 28-də təhsil naziri Mikayıl Cabbarov Ukrayna təhsil və elm nazirinin birinci müavini Vladimir Kovtunetsin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ətraflı
27.02.2017

Təhsil naziri Ağdaş şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 6 mart 2017-ci il tarixində saat 11:00-da Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinlərini qəbul edəcək.

Ətraflı
23.02.2017

Təhsil nazirinin Türkiyəyə səfəri

Fevralın 23-də təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə əklil qoyub.

Ətraflı
22.02.2017

Təhsil naziri Mikayıl Cabbarov Ankarada Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransda çıxış edib

Fevralın 22-də Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Ətraflı
20.02.2017

Prezident İlham Əliyev Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadini qəbul edib

Dövlət başçısı Azərbaycan ilə Qətər arasında çox yaxın tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirdi, bu əlaqələrin mümkün qədər çox sahələri əhatə etməsinin vacibliyini qeyd etdi.

Ətraflı
16.02.2017

“Sabahın alimləri” VI Respublika Müsabiqəsinə start verilib

Fevralın 16-da “Sabahın alimləri” VI Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib.

Ətraflı
15.02.2017

Ümumi və ilk peşə-ixtisas təhsili müəssisələri müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Cari ilin aprel-may aylarında ölkəmizin digər 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Ətraflı
06.02.2017

Təhsil naziri Şabranda vətəndaşları qəbul edib

Fevralın 6-da təhsil naziri Mikayıl Cabbarov Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edib.

Ətraflı
30.01.2017

Təhsil naziri Şabran şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 6 fevral 2017-ci il tarixində saat 10:00-da Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edəcək. Qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Ətraflı
16.01.2017

Təhsil naziri Şirvanda vətəndaşları qəbul edib

Yanvarın 16-da təhsil naziri Mikayıl Cabbarov Şirvan şəhərindəki Olimpiya İdman Kompleksində Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edib.

Ətraflı