15.02.2017

9-cu sinif buraxılış imtahanlarının I mərhələsinin keçirilmə qrafiki açıqlanıb

 

    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsi 2017-ci il 5, 12, 18 mart tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək.

    Buraxılış imtahanları Bakı, Sumqayıt, Abşeron, Xızı, Qobustanda - martın 5-də, Naxçıvan Muxtar Respublikası, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Xocavənd, Füzuli, Beyləqan, Ağsu, Ucar, Kürdəmirdə martın 12-də, Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, İsmayıllı, Göyçay, Şamaxı, Ağdaş, Yevlax, Quba, Şabran, Qusar, Xaçmaz, Siyəzəndə isə martın 18-də keçiriləcək.

    Qeyd edək ki, məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.

 

 

 


Açar sözlər: ,