Məktəbə hazırlığın təşkili

 

1. 2016-2017-dərs ilində oktyabr ayınadək 5 yaşı tamam olan əqli və fiziki cəhətdən sağlam, məktəbəqədər təhsil müəssəsinə cəlb edilməyən uşaqların yerli icra nümayəndəlikləri və  digər aidiyyəti təşkilatlarla birlikdə adlı siyahısının (SAA, doğum tarixi(il,ay, gün)) kənd, qəsəbə, şəhər(rayon mərkəzi) üzrə müəyyən edilməsi.

2. Bu uşaqlardan  faizinin həmin dərs ilində məktəbəhazırlıq təhsilinə cəlb olunacağını  nəzərə alaraq, bu məqsədlə çox uşaq sayı və normal şəraitli məktəbli kadr potensialı olan bölgələrin seçilməsi, məktəblərin siyahısının hazırlanması,(məktəb, yerləşdiyi yer, binanın tipi, sinif otaqlarının sayı, məktəbəhazırlıq üçün ayrıca otağın olması)

3. Uşaqların məktəbəhazırlıq təhsilinə məktəblərdə dövlət hesabına cəlbi barədə valideynlərin məlumatlandırılması, onların rəyinin öyrənilməsi, razı olanların və imtina edənlərin sayının müəyyənləşdirilməsi.

4. Hər bir məktəb  üzrə məktəbəhazırlıq məşğələsi keçəcək müəllimlərin dəqiqləşdirilməsi və adlı siyahısının (SAA, təhsili, bitirdiyi müəssisə, ümumi iş stajı, ibtidai sinif müəllimi kimi iş stajı, yenidənhazırlanma təhsilinə cəlb olunub-olunmaması) hazırlanması.