Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” sərəncamına əsasən Sumqayıt şəhər, Abşeron, Xızı rayon təhsil şöbələrinin əsasında Abşeron – Xızı Regional Təhsil İdarəsi yaradılıb.

Abşeron–Xızı Regional Təhsil İdarəsinin tabeliyində 104 ümumtəhsil müəssisəsi, 98 məktəbəqədər təhsil müəssisəsi, 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.