07.02.2017

Sumqayıt şəhərində Rus  dili üzrə IX respublika  olimpiadası keçirildi

04.02.2017-ci il tarixində  Sumqayıtdakı 11 nömrəli  tam orta  məktəbdə  Azərbaycan   Təhsil  Nazirliyi, Rusiya  Federasiyasının  Azərbaycandakı səfirliyi, Rus mədəniyyət-infomasiya mərkəzi, Azərbaycanda rusdilli məktəblərin müllimər assosiasiyası tərəfindən Rus  dili üzrə IX respublika  olimpiadası keçirildi.

    Olimpiadada Rus mədəniyyət  mərkəzinin  rəhbəri və Rusiya  səfirinin  müsaviri Denisov  Valentin  Petroviç , rus  mədəniyyət-informasiya mərkəzinin  əməkdaşları Yakumna  Lyubov Timofeyevna, Alesya Alemna, Sumqayıt Şəhər  Təhsil  Şöbəsinin  müdiri Nizami Namazov, şöbənin metodisti Salam İsmayılzadə  və  digər şəxslər iştirak  etdi.

      Tədbiri məktəbin  direktor  müavini  İsmayılova  Lyubov  Vladimirovna açdı. O, rus  dilinin  tədrisi ilə əlaqədar  olaraq 11  nömrəli tam  orta  məktəbin  naliyyətlərindən danışdı. Sonra  soz  Təhsil  Şöbəsinin  müdiri  Nizami Namazova     verildi.O, bizimlə qonşu olan  Rus dövləti haqqında, bu dövlətlə təhsil, digər sahələrdə əməkdaşlığımızdan danışdı  və  rus  dilini  öyrənməyin  vacib  olduğunu  bildirdi.  Rus mədəniyyət  mərkəzinin  rəhbəri və Rusiya  səfirinin  müsaviri Denisov  Valentin  Petroviç  bu bilik yarışının keçirilməsinin artıq ənənə şəklini aldığını bildirərək olimpiada iştirakçılarına  uğurlar  arzuladı.

    Məktəblərin  şagirdləri  öz  ifaları  ilə iştirakçiları  salamladılar. Olimpiadada  226  şagird iştirak etdi, onlardan  35 nəfəri  Abşeron  rayonunun  məktəblərindən  idi. Olimpiadada  7-8-ci siniflərin şagirdləri iştirak etdi. Olimpiadanın  nəticələri 06 iyun  2017-ci  il Beynalxalq rus  dili günü  bildiriləcək