21.04.2025

"Uşaq Səfirlər Məclisi"nin üzvləri ilə birlikdə Tarixi Abidələr Günü qeyd olunub

18 aprel 2025-ci il tarixində Sumqayıt şəhəri Cəlil Səfərov adına 10 nömrəli tam orta ümumtəhsil müəssisəsində “Uşaq Səfirlər Məclisi”nin fəalları ilə birlikdə 18 Aprel – Beynəlxalq Tarixi Abidələr və Tarixi Yerlər Günü münasibətilə görüş təşkil olunub.

Görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Aynur Eyvazova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin aparıcı məsləhətçisi Cəmilə İsmayılova, məktəb rəhbərliyi, müəllim kollektivi, şagirdlər və “Uşaq Səfirlər Məclisi”nin nümayəndələri iştirak ediblər.

Tədbirdə günün mahiyyəti barədə ətraflı məlumat verilib, tarixi abidələrin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanıb.

Sonda “Uşaq Səfirlər Məclisi”nin üzvləri öz fikirlərini bölüşüb, tarixi abidələrə etdikləri səfərlər zamanı qarşılaşdıqları maraqlı hadisələrdən bəhs ediblər.