Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2022-ci il tarixli 124s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili” ilə bağlı Tədbirlər Planı”nın 10-cu bəndinin icrası, Azərbaycan Respublikası Prezidentinin 2022-ci ili “Şuşa ili” elan etməsi ilə əlaqədar Şuşa şəhərinin zəngin abidələrini, memarlıq komplekslərini, göz oxşayan füsünkar təbiətini uşaq və gənclərin yaddaşına həkk etdirmək, milli mədəniyyəti və incəsənəti təbliğ etmək, yeni istedadları üzə çıxarmaq, xüsusi bacarığa malik olan uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29.03.2022-ci il tarixli, F-148 nömrəli əmrini rəhbər tutaraq
əmr edirəm:
1.2022-ci ilin aprel ayında 2 mərhələ( şəhər və zona) üzrə məktəblilər arasında “Şuşa ili”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı şəhər incəsənət festival-müsabiqəsi keçirilsin.
2. Məktəblilər arasında “Şuşa ili”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı şəhər incəsənət festival-müsabiqəsi haqqında Əsasnamə təhsil müəssisələrinə çatdırılsin.
3. Məktəblilər arasında “Könlüm keçir Qarabağdan” adlı incəsənət festival-müsabiqəsinin şəhər Təşkilat Komitəsi və Münsiflər heyətinin tərkibi təsdiq edilsin (əlavə olunur).
4. Təhsil müəssisələrinin rəhbərləri festival-müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsini təmin etsinlər.
5. Məktəblilər arasında festival-müsabiqəsinin şəhər mərhələsinə təşkilati-metodik köməlklik göstərilməsi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinə tapşırılsın.
6. Şəhər Təhsil Şöbəsi festival-müsabiqə qaliblərinin rəğbətləndirilməsini təmin etsin.
7. Əmr və Əsasnaməninn təhsil müəssisələrinə çatdırılması, şöbənin internet səhifəsində yerləşdirilməsi aparıcı məsləhətçi Reyhanə Rüstəmovaya və “Sumqayıt təhsili-Sabah” qəzetində dərc olunması metodist Kəmayıl Namazova tapşırılsın.
8. Əmrin icrasına nəzarət metodik kabinetin direktoru Gülbahar Haqverdiyevaya həvalə olunsun.
Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29.03.2022-ci il tarixli, F-148 nömrəli əmri.
Arzu Alızadə
Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri
31 mart 2022-ci il
F-11