“Şuşa ili ilə bağlı” Tədbirlər Planının təsdiq edilməsi barədə Sumqayıt şəhər Təhsil Şöbəsinin əmri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2022-ci il tarixli 124s nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.03.2022-ci il tarixli, F134 nömrəli əmrini rəhbər tutaraq

 

əmr edirəm:

1. “Şuşa ili ilə bağlı” Təhsil Şöbəsinin Tədbirlər Planı”  təsdiq edilsin (əlavə olunur).

2. Təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə 20 dekabr 2022-ci il tarixinədək Təhsil Şöbəsinin Metodik kabinetinə hesabat təqdim etsinlər.

3. Təhsil Şöbəsinin Metodiki kabineti Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrasına nəzarəti və daxil olmuş hesabatların ümumiləşdirilib Təhsil Nazirliyinə təqdim olunmasını təmin etsin.

4. Əmrin təhsil müəssisələrinə çatdırılması, şöbənin internet səhifəsində yerləşdirilməsi aparıcı məsləhətçi Reyhanə Rüstəmovaya  və “Sumqayıt  təhsili-Sabah” qəzetində dərc olunması metodist Kəmayıl Namazova tapşırılsın.

5. Əmrin icrasına nəzarət metodik kabinetin direktoru Gülbahar Haqverdiyevaya həvalə olunsun.

Əsas: “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 5 yanvar tarixli, 3096 nömrəli Sərəncamı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.03.2022-ci il tarixli, F134 nömrəli əmri

Arzu Alızadə

Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri

17 mart 2022-ci il

F-10

 

Tədbirlər planı