Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Sumqayıt şəhər Təhsil Şöbəsinin əmri

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədi ilə Təhsil Nazirliyinin 28 fevral 2022-ci il tarixli, F-103 nömrəli əmrini rəhbər tutaraq

 

əmr edirəm:

 

1. Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilsin.

2. Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müsabiqədə şagirdlərin təqdimat edəcəyi mövzular, iştirakçıların təqdimatlarının qiymətləndirmə meyarları (1 və 2-ci əlavələr) və şəhər mərhələsində təqdimatların qiymətləndirilməsini aparan işçi qrupunun tərkibi təsdiq edilsin (əmrə əlavə olunur).

Müsabiqə məktəb və şəhər üzrə olmaqla 2 mərhələdə təşkil edilsin.

4. Müsabiqənin məktəb və şəhər mərhələləri 2022-ci ilin mart  ayında keçirilsin.

5. Ümumi təhsil məktəblərinin direktorları müsabiqənin ilk məktəb mərhələsinin epidemioloji vəziyyəti nəzərə almaqla təşkili üçün işçi qrupu və münsiflər heyəti yaratsınlar. Müəyyən edilmiş meyarlar əsasında iştirakçıları qiymətləndirib 1 nəfər qalib şagirdin video-təqdimatını 2022-ci ilin mart ayının 15-dək Təhsil Şöbəsinin metodik kabinetinə təqdim etsinlər (hər məktəbdən bir şagird olmaqla).

6.Sumqayıt şəhər Təhsil Şöbəsinin metodkabineti ümumtəhsil müəssisələrindən müsabiqənin ölkə  mərhələsində  iştirak edəcək  2  nəfər şagirdin seçilməsini təmin etsin.

7.“Ən yaxşı təqdimat “ müsabiqəsinin keçirilməsi ilə bağlı ŞTŞ-nin əmri və əmrə əlavələr (1, 2 və 3-cü əlavələr) “Sumqayıt təhsili-Sabah”qəzetində dərc olunaraq təhsil müəssisələrinə çatdırılsın və ŞTŞ-nin internet saytında yerləşdirilsin (K.Namazov, R.Rüstəmova).

8.Müsabiqənin yüksək səviyyədə  keçirilməsini, qaliblərin müəyyənləşdirilməsini və Respublika mərhələsində iştirakını təmin etmək ŞTŞ-nin metodkabinetin direktoru G.Haqverdiyevaya tapşırılsın.

9. Əmrin icrasına nəzarət müdir müavini Ramin Abasova həvalə olunsun.

 

Əsas: Təhsil Nazirliyinin 28 fevral 2022-ci il tarixli, F-103 nömrəli əmri

 

Əlavə

Arzu Alızadə

Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri

2 mart 2022-ci il

F-06