“İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Sumqayıt şəhər Təhsil Şöbəsinin əmri

Azərbaycanlıların tarixi torpaqları olan, əhalisinin mütləq əksəriyyəti azərbaycanlılardan ibarət qədim İrəvan şəhərində fəaliyyət göstərmiş İrəvan Müəllimlər Seminariyasının fəaliyyətə başlamasının 140 ili tamam olmuşdur. 8 noyabr 1981-ci ildə fəaliyyətə başlamış Seminariya Qafqaz məktəbləri üçün müəllim kadrlarının hazırlanmasında müstəsna rol oynamışdır. Görkəmli Azərbaycan maarifçisi Firidun bəy Köçərlinin ilk pedaqoji fəaliyyəti bu təhsil ocağı ilə bağlı olmuşdur.

İrəvan Müəllimlər Seminariyasının məzunları arasında dövrün görkəmli ziyalıları, dövlət, elm və sənət adamları olmuşdur. İrəvan mahalında maarifçilik ideyalarının yayılmasında, dünyəvi məktəblərin yaradılmasında seminariya əvəzsiz xidmətlər göstərmiş, pedaqoji fikrin əsas mərkəzlərindən biri kimi tanınmış və ictimai mühitin formalaşmasına güclü təkan vermişdir.

Azərbaycan Respublikası Prezidentinin “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında “29 dekabr 2021-ci il tarixli 3094 nömrəli Sərəncamının 1-ci bəndinin icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 31.01.2022-ci il tarixli, F-43 nömrəli əmrini rəhbər tutaraq

 

əmr edirəm:

1. “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında”Təhsil Şöbəsinin Tədbirlər Planı”  təsdiq edilsin (əlavə olunur).

2. Təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə 30 aprel 2022-ci il tarixinədək Təhsil Şöbəsinin metodik kabinetinə hesabat hazırlayıb təqdim etsinlər.

3. Təhsil müəssisələrində Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin iş planlarına daxil edilməsinə və tədbirlərin təşkilinə nəzarət metodiki kabinetin direktoru Gülbahar Haqverdiyevaya həvalə olunsun.

 

Tədbirlər Planı

Arzu Alızadə

Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri

11 martl 2022-ci il

F-07