Təhsil Nazirliyinin 14 fevral 2022-ci il tarixli, F-81 nömrəli əmrində nəzərdə tutulanların icrasını təmin etmək məqsədilə
əmr edirəm:
1. “Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Təhsil Şöbəsinin Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Bütün təlim-tərbiyə müəssisələrinin rəhbərləri Tədbirlər Planına müvafiq olaraq tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
3. Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirlər mətbuatda işıqlandırılsın.
4. Əmrin təhsil müəssisələrinə çatdırılması, şöbənin internet səhifəsində yerləşdirilməsi aparıcı məsləhətçi Reyhanə Rüstəmovaya və “Sumqayıt təhsili-Sabah” qəzetində dərc olunması metodist Kəmayıl Namazova tapşırılsın.
5. Əmrin icrasına nəzarət metodkabinetin direktoru Gülbahar Haqverdiyevaya həvalə olunsun.
Arzu Alızadə
Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri
14 fevral 2022-ci il
F-04