“20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar Təhsil Şöbəsinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sumqayıt şəhər Təhsil Şöbəsinin əmri

Təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı tədbirlərin təşkil edilməsi  məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13.01.2022-ci il tarixli,  F-14 nömrəli əmrini rəhbər tutaraq

əmr edirəm:

1. “20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar ŞTŞ-nin Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Bu əmrin 1-ci bəndi ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulan məsul şəxslər və müəssisələr həmin tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

3. Bütün tədris müəssisələrində 19 yanvar 2022-ci il tarixində ilk dərs 20 Yanvar faciəsinə həsr edilsin.

4. Təhsil işçilərinin və məktəblilərin Şəhidlər xiyabanına ziyarəti müəyyən edilmiş qrafikə əsasən təşkil olunsun (qrafik əlavə olunur).

5. 20 Yanvar faciəsinə həsr olunmuş ən nümunəvi və məzmunlu tədbirlərin şəhər Təhsil Şöbəsi ilə razılaşdırılmaqla DTV kanalında işıqlandırılması təmin edilsin.

6. Əmr, Tədbirlər Planı və məktəblilərin Şəhidlər xiyabanına ziyarət qrafiki  ŞTŞ-nin internet saytında yerləşdirilsin (Reyhanə Rüstəmova).

7. Əmrin icrasına nəzarət metodkabinetin direktoru G.Hqverdiyevaya tapşırılsın.

Tədbirlər Planı

 

Arzu Alızadə

Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri

14 yanvar 2022-ci il

F-02