“Düşünən oxucu” müsabiqəsinin təşkil olunması barədə Sumqayıt şəhər Təhsil Şöbəsinin əmri

    

Təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29.12.2021-ci il tarixli, F-597 nömrəli əmrin icrasını rəhbər tutaraq

 

əmr edirəm:

1.Ümumi təhsil müəssisələrinin V-IX sinif şagirdləri arasında yerli nəşriyyatlarla əməkdaşlıqda “Düşünən oxucu” başlığı altında oxu müsabiqəsi keçirilməsi haqqında Təhsil Nazirliyinin 29.12.2021-ci il tarixli, F-597 nömrəli əmri rəhbərlik və icra üçün qəbul olunsun.

2.”Düşünən oxucu” müsabiqəsinin şərtləri və  müsabiqə üzrə oxu ədəbiyyatının siyahısı ( 1 və 2 nömrəli əlavələr)  məktəblərə çatdırılsın.

3. Müsabiqə məktəb və şəhər üzrə olmaqla 2 mərhələdə təşkil olunsun.

4.Müsabiqənin məktəb mərhələsi 5-21 yanvar 2022-ci il tarixlərində ümumtəhsil müəssisələrində, şəhər  mərhələsi isə 24 yanvar-7 fevral tarixlərində videotəqdimatların qiymətləndirilməsi formatında keçirilsin.

5. Sumqayıt Şəhər Təhsil Şöbəsinin metodik kabinetinin əməkdaşları (Nərmin Əmrahova, Sevinc Fərəcova) müsabiqənin məktəb mərhələsinin ümumtəhsil müəssisələrinin rəhbərliyi tərəfindən təşkil olunmasını nəzarətdə saxlasın.

6. Müsabiqənin şəhər mərhələsinin mütəşəkkil və yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə qabaqcıl müəllimlərdən ibarət işçi qrupu yaradılsın, müsabiqənin şəhər mərhələsinin qaliblərinin videotəqdimatlarının 2022-ci il fevral ayının 7-dək portal.edu.az saytına  yerləşdirilməsi təmin edilsin;

7. İşçi qrupu tərəfindən müsabiqənin ölkə mərhələsinə Sumqayıt şəhəri üzrə təqdim ediləcək 2 videotəqdimat müəyyənləşdirilsin.

8. Əmrin  təhsil müəssisələrinə çatdırılması, şöbənin internet səhifəsində yerləşdirilməsi aparıcı məsləhətçi Reyhanə Rüstəmovaya  və “Sumqayıt  təhsili-Sabah” qəzetində dərc olunması metodist Kəmayıl Namazova tapşırılsın.

9. Əmrin icrasına nəzarət metodkabinetin direktoru Gülbahar Haqverdiyevaya həvalə olunsun.

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin  29.12.2021-ci il tarixli, F-597 nömrəli əmri.

ƏLAVƏ 1,2,3

Arzu Alızadə

Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri

5 yanvar 2022-ci il

F-01