Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin aralıq imtahanlarının təşkili barədə Sumqayıt şəhər Təhsil Şöbəsinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 fevral 2012-ci il tarixli 242 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar”a uyğun olaraq Sumqayıt şəhər ümumtəhsil məktəbləri üzrə  ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin aralıq imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili olunması məqsədi ilə, “Rayon (şəhər) təhsil şöbəsi (idarəsi) haqqında əsasnamə”ni rəhbər tutaraq

əmr edirəm:

1. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslər üçün aralıq imtahanları mərkəzləşdirilmiş şəkildə Təhsil Şöbəsi tərəfindən keçirilsin.

2. Cari tədris ilində eksternat imtahanlarına sənəd qəbulu 16.11.2021-ci il tarixdən 15.12.2021-ci il tarixədək, aralıq imtahanları isə 20-28 dekabr 2021-ci il tarixlərində təşkil olunsun.

3. 2021-2022-ci dərs ili üçün nəzərdə tutulmuş eksternat qaydasında imtahanların keçirilməsindən irəli gələn zəruri tədbirlərin yerinə yetirilməsinin təmin edilməsi Təhsil Şöbəsinin metodisti Nərmin Əmrahovaya tapşırılsın.

4. Eksternat qaydasında imtahanların təşkili və keçirilməsi üçün 16 nömrəli tam orta məktəb baza məktəb olaraq müəyyən edilsin və məktəbin direktor əvəzi Sevil Behbudbəyli imtahanların təşkili üçün zəruri təşkilatı tədbirlərin yerinə yetirilməsini təmin etsin.

5. Eksternat qaydada təhsil sənədi almaq üçün müraciət etmiş şəxslərin məlumatlandırılması ümumi təhsil məktəblərinin direktorlarına tapşırılsın.

6. İmtahanların keçirilməsi, sualların fənn proqramlarına uyğun şəkildə hazırlanması və obyektiv yoxlanılması məqsədilə komissiya yaradılsın və tərkibi təsdiq edilsin (əlavə 1).

7. Əmrin təhsil müəssisələrinə çatdırılması üçün Təhsil Şöbəsinin rəsmi internet saytı və “Facebook” səhifəsində yerləşdirilməsi aparıcı məsləhətçi Reyhanə Rüstəmovaya, “Sumqayıt təhsili - Sabah” qəzetində dərc olunması metodist Kəmayıl Namazova tapşırılsın.

8. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 fevral 2012-ci il tarixli 242 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar”.

Arzu Alızadə

Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri

26 noyabr 2021-ci il

F-81