Ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Zəfər yolu” inşa müsabiqəsinin keçirilməsi haqqında Sumqayıt şəhər Təhsil Şöbəsinin əmri

Uzun illər işğal altında olmuş Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində 2020-ci ilin sentyabrında ölkəmizə qarşı növbəti təxribata və hərbi təcavüzə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın azad olunması, Ermənistanın sülhə məcbur edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün səfərbər və həmrəy olaraq Vətən müharibəsində öz tarixi qələbəsini qazandı.

 Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, habelə Zəfər Gününün təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24.09.2021-ci il tarixli, F-455 nömrəli əmrin icrasını rəhbər tutaraq

 

əmr edirəm:

1.Ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasinda “Zəfər yolu” başlığı altında inşa müsabiqəsi keçirilsin (inşa mövzuları əlavə olunur).

2. Müsabiqə məktəb və şəhər üzrə olmaqla iki mərhələdə təşkil olunsun.

3. Müsabiqənin məktəb mərhələsi 27 sentyabr – 7 oktyabr 2021-ci il tarixlərində, şəhər  mərhələsi isə 8-11 oktyabr tarixlərində keçirilsin.

4. Şəhər Təhsil Şöbəsinin metodik kabineti məktəblərdən daxil olan inşa yazılarının yoxlanması və qaliblərin seçilməsini mütəşəkkil və yüksək səviyyədə təmin etmək məqsədilə qabaqcıl müəllimlərdən ibarət işçi qrup yaratsın.

5. İşçi qrup tərəfindən şəhər mərhələsi üzrə 2 (iki) qalib müəyyənləşdirilsin, inşa yazıları və qaliblər  haqqında məlumat (adı, soyadı, atasının adı, oxuduğu məktəb, sinif) oktyabr ayının 15-dək Təhsil Nazirliyinə göndərilsin.

6. Nəzərə alınsın ki, inşa yazıları şagird dəftərində aydın xətlə əlyazma şəklində yazılmalı və 6 səhifədən çox olmamaılıdır.

7.Əmrin təhsil müəssisələrinə çatdırılması, şöbənin internet səhifəsində yerləşdirilməsi aparıcı məsləhətçi Reyhanə Rüstəmovaya  və “Sumqayıt  təhsili-Sabah” qəzetində dərc olunması metodist Kəmayıl Namazova tapşırılsın.

8.Əmrin icrasına nəzarət metodkabinetin direktoru Gülbahar Haqverdiyevaya həvalə edilsin.

       

Arzu Alızadə

Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri

28 sentyabr 2021-ci il

Nömrə: F-65

1 nömrəli əlavə