“Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika turnirinin keçirilməsi haqqında” Sumqayıt Şəhər Təhsil Şöbəsinin əmri

“Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika turnirinin keçirilməsi haqqında” birgə imzalanmış Azərbaycan Respublikası Təhsil Nazirliyinin 06.05.2021-ci il tarixli F-210, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 05.05.2021-ci il tarixli S-202, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 05.05.2021-ci il tarixli 21 nömrəli, Azərbaycan Məktəb İdmanları Federasiyasının 05.05.2021-ci il tarixli 21 nömrəli əmrinə əsasən “Rayon (şəhər) təhsil şöbəsi (idarəsi) haqqında Əsasnamə”nin 4.3-cü bəndini rəhbər tutaraq

əmr edirəm:

1.“Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika turnirinin keçirilməsi haqqında” birgə imzalanmış Azərbaycan Respublikası Təhsil Nazirliyinin 06.05.2021-ci il tarixli F-210, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 05.05.2021-ci il tarixli S-202, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 05.05.2021-ci il tarixli 21 nömrəli, Azərbaycan Məktəb İdmanları Federasiyasının 05.05.2021-ci il tarixli 21 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2.Yarışın əsasnamə və tələblərinə uyğun yüksək səviyyədə təşkili ilə əlaqədar təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:

2.1.şagirdlərin yarışlara cəlb olunması üçün maarifləndirmə işi aparsınlar;

2.3.məktəblərin fiziki tərbiyə müəllimlərinin yarışa hazırlığa dair məsuliyyətinin artırılması üçün zəruri tədbirlər görsünlər;

2.4.fiziki tərbiyə müəllimlərinin yarışa dair gördükləri işlərin hesabatlarını tələb etsinlər.

3.Sumqayıt Şəhər Təhsil Şöbəsinin metodisti İlham Mirzəliyevə tapşırılsın:

3.1.yarışın əsasnamə və tələblərinə uyğun komandaların təşkil edilməsini təmin etsin;

3.2.komandalar üzrə məsul şəxslərin təyin edilməsini təşkil etsin;

3.3.komandalar üzrə iştirakçıların say tərkibi haqqında təsdiqedici sənədi (əlavə 7) və sifarişləri (əlavə 8) yarışlara 1 həftə qalmış zonalar üzrə təyin edilmiş məsul şəxsə (əlavə 9), II mərhələ (final mərhələsi) üzrə təşkilat komitəsinə təqdim etsin.

4.Komandaların məsul şəxsləri iştirakçıların say tərkibi haqqında təsdiqedici sənədi (əlavə 7) və sifarişləri (əlavə 8) 1 həftə ərzində İ.Mirzəliyevə təqdim etsinlər.

5.Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Reyhanə Rüstəmova Təhsil Şöbəsinin rəsmi saytı və “Facebook” səhifəsində, metodist Kəmayıl Namazov “Sumqayıt Təhsili –Sabah” qəzetində yarışın keçirilməsi və şərtləri barədə məlumatların yerləşdirilməsini təmin etsinlər.

6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

Ramin Abasov

Müdir vəzifəsini müvəqqəti icra edən müdir müavini

08 may 2021-ci il

Nömrə: F-34