"Görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planının" təsdiq edilməsi barədə Sumqayıt şəhər Təhsil Şöbəsinin əmri

  

 

        Azərbaycan Respublikası Prezidentinin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar  2020-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin  icrasının  təmin olunması barədə Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin  05 fevral 2021-ci il tarixli Birgə Qərarını  yerinə yetirmək məqsədilə

 

əmr edirəm:

 

1. “Görkəmli elm xadimi  Lütfi Zadənin100 illik yubileyinin  qeyd edilməsi ilə bağlı Təhsil Şöbəsinin Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planın yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə  2021-ci ilin dekabr ayının birinci  həftəsində Təhsil Şöbəsinin metodiki kabinetinə hesabat hazırlayıb təqdim etsinlər.

3.Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin təşkili və keçirilməsi metodiki kabinetin direktoru Gülbahar Haqverdiyevaya  tapşırılsın.

4.Əmr “Sumqayıt Təhsili-Sabah” qəzetində dərc olunsun və ŞTŞ-nin internet saytında yerləşdirilsin (Kəmayıl Namazov, Reyhanə  Rüstəmova).

5.Əmrin icrasına nəzarət  müdir müavini Ramin Abasova həvalə olunsun.

Arzu Alızadə

Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri

23 aprel 2021-ci il

Nömrə: F-31