“Sabahın alimləri” X Respublika Müsabiqəsinin yekunları haqqında Sumqayıt şəhər Təhsil Şöbəsinin əmri

Azərbaycan Respublikası Təhsil nazirinin 2020-ci il 10 oktyabr tarixli  F-462 nömrəli əmrinə və Təhsil Nazirliyi ilə tərəfdaş təşkilatların 2021-ci il 4 fevral tarixli Q-01 nömrəli birgə Qərarına əsasən, mövcud pandemiya şəraiti ilə əlaqədar “Sabahın alimləri” X  Respublika Müsabiqəsi cari ilin 10-17 fevral tarixlərində Bakı şəhərində onlayn keçirilmişdir. Müsabiqə İSEF-Beynəlxalq  Elm və Mühəndislik  Sərgisi  çərçivəsində təşkil olunmuşdur. Ənənəvi olaraq Sumqayıt məktəblilləri bu Müsabiqənin finalında da uğurla iştirak etmişdir.

Səkkiz istiqamət üzrə keçirilən Müsabiqədə Sumqayıt şəhəri üzrə təqdim olunan 20 layihədən 12-si qalib olmuşdur. Bu layihələrdən 4-ü fərdi, 8-i isə kollektiv işlənən layihələrdir. I, II və  III yerlərə 12 layihə üzrə 20 şagird, o cümlədən, I yerə 2  layihə üzrə 4 şagird, II yerə 5 layihə üzrə 7 şagird, III yerə 5 layihə üzrə 9 şagird layiq görülmüşdür. Qaliblər sırasından İSEF-də iştirak etmək üçün 1 layihə (2 şagird) seçilmişdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, eləcə də Azərbaycan Respublikası Təhsil nazirinin 18.03.2021-ci il tarixli, F-99 nömrəli əmrini rəhbər tutaraq 

 

 

əmr edirəm:

 

1. 2021-ci il 10-17 fevral tarixlərində “Sabahın alimləri” X Respublika Müsabiqəsinin Sumqayıt şəhəri üzrə qaliblərinin siyahısı təsdiq edilsin (əlavə 1);

2. Qalib şagirdlər Fəxri fərmanlarla təltif  olunsun və onların mükafatlandırılması üçün müvafiq tədbirləri görülsün;

3. 2021-ci ilin may ayında ABŞ-da onlayn keçiriləcək İSEF- Mühəndislik sərgisində işrtirak edəcək şagirdlərin layihəsinin və təqdimatının ingilis dilində hazırlanmasına nəzarət və seçilmiş şagirdlərin iştirakı təmin edilməsi 11 nömrəli tam orta məktəbin direktoru İlahə Həsənliyə həvalə edilsin;

4. Əmrin çoxaldılıb təhsil müəssisələrinə göndərilməsi, şöbənin internet səhifəsində yerləşdirilməsi, eləcə də “Sumqayıt təhsili-Sabah” qəzetində dərc olunması aparıcı məsləhətçi Reyhanə Rüstəmovaya və metodist Kəmayıl Namazova tapşırılsın;

5. Əmrin icrasına nəzarət metodkabinetin direktoru Gülbahar Haqverdiyevaya həvalə edilsin.

Əsas:Təhsil Nazirliyinin 18 mart 2021-ci il tarixli, F-99 nömrəli əmri.

Arzu Alızadə

Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri

31 mart 2021-ci il

Nömrə: F-23