Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəb şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Sumqayıt şəhər Təhsil Şöbəsinin əmri  

      Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədi ilə Təhsil Nazirliyinin 10 mart 2021-ci il tarixli, F-76 nömrəli əmrini rəhbər tutaraq

 

əmr edirəm:

 

1.Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilsin.

2.Müsabiqə məktəb və şəhər üzrə olmaqla 2 mərhələdə təşkil edilsin.

3.Müsabiqənin məktəb və şəhər mərhələləri 2021-ci ilin mart  ayında keçirilsin.

4.Sumqayıt şəhər Təhsil Şöbəsinin metodkabineti ümumtəhsil müəssisələrindən müsabiqənin ölkə  mərhələsində iştirak edəcək 2 nəfər şagirdin seçilməsini təmin etsin.

5.Ümumi təhsil məktəblərinin direktorları müsabiqənin ilk məktəb mərhələsinin epidemioloji vəziyyəti nəzərə almaqla təşkili üçün işçi qrupu və münsiflər heyəti yaratsınlar. Müəyyən edilmiş meyarlar əsasında iştirakçıları qiymətləndirib qaliblərin adlı siyahısını (S.A.A, oxuduğu məktəb, sinif və tədris dili) Təhsil Şöbəsinə təqdim etsinlər (hər məktəbdən bir şagird olmaqla).

6.2021-ci ildə müsabiqə “Heydər Əliyev və Qarabağ” başlığı altında müəyyən olunmuş mövzular əsasında təşkil edilsin. (1-ci əlavə). Şəhər mərhələsində hər bir iştirakçının təklif edilən mövzulardan biri üzrə videoyazısının işçi qrupunun üzvləri tərəfindən qiymətləndiriləcəyi nəzərə alınsın.

7.Müsabiqənin şəhər mərhələsi iştirakçılarının təqdimatlarının qiymətləndirilmə meyarları və qiymətləndirməni aparan işçi qrupunun tərkibi təsdiq edilsin (2-ci və 3-cü əlavələr).

8.“Ən yaxşı təqdimat“ müsabiqəsinin keçirilməsi ilə bağlı ŞTŞ-nin əmri  və əmrə əlavələr “Sumqayıt təhsili-Sabah”qəzetində dərc olunaraq təhsil müəssisələrinə çatdırılsın və ŞTŞ-nin internet saytında yerləşdirilsin (K.Namazov, R.Rüstəmova).

9.Müsabiqənin yüksək səviyyədə keçirilməsini, qaliblərin müəyyənləşdirilməsini və Respublika mərhələsində iştirakını təmin etmək ŞTŞ-nin metodkabinetin direktoru G.Haqverdiyevaya tapşırılsın.

10.Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Arzu Alızadə

Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri

12 mart 2021-ci il

Nömrə: F-20

1,2,3 nömrəli ƏLAVƏ