“Biz zəfər qazandıq! respublika onlayn rəsm müsabiqə-sərgisi”nin keçirilməsi barədə Sumqayıt şəhər Təhsil Şöbəsinin əmri

       Azərbaycan Respublikası Təhsil nazirinin 2015-ci il 26 yanvar  tarixli  998 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”ndan irəli gələn vəzifələrin icrası, məktəblilərin yaradıcı inkişafına təkan verilməsi, onların  asudə vaxtlarının səmərəli təşkilinin təmin olunması məqsədilə Təhsil Nazirliyinin 17.03.2021-ci il tarixli 97 nömrəli əmrin icrasını rəhbər tutaraq

 

əmr edirəm:

 

1. Ümumtəhsil məktəblərin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Biz zəfər qazandıq! respublika onlayn rəsm müsabiqə-sərgisi” keçirilsin.

2. “Biz zəfər qazandıq! respublika onlayn rəsm müsabiqə-sərgisi”nin Sumqayıt şəhər Təşkilat Komitəsinin tərkibi (əlavə 1) təsdiq edilsin.

3. “Biz zəfər qazandıq! respublika onlayn rəsm müsabiqə-sərgisi”nin keçirilməsi Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinə həvalə edilsin.

4. Əmrin çoxaldılıb təhsil müəssisələrinə göndərilməsi, şöbənin internet səhifəsində yerləşdirilməsi aparıcı məsləhətçi Reyhanə Rüstəmovaya  və “Sumqayıt təhsili-Sabah” qəzetində dərc olunması metodist Kəmayıl Namazova tapşırılsın.

5. Əmrin icrasına nəzarət metodkabinetin direktoru Gülbahar Haqverdiyevaya həvalə edilsin.

    Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17.03.2021-ci il tarixli 97 nömrəli əmri.

Arzu Alızadə

Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri

31 mart 2021-ci il

Nömrə: F-24

2 nömrəli ƏLAVƏ