23.07.2024

Rus bölməsi üzrə vakant tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul elan olunur

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Sumqayıt şəhər 51 nömrəli körpələr evi-uşaq bağçasında rus bölməsi üzrə vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul həyata keçirilir. Qeyd olunan vəzifə üzrə 4 vakant yer mövcuddur. Bununla bağlı 22 iyul 2024-cü il tarixindən 26 iyul 2024-cü il saat 23:59-dək 2023-cü ildə rus bölməsi üzrə müsabiqədə iştirak etmiş şəxslər aşağıda qeyd edilmiş linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: https://forms.gle/GbG85uWcn9NHC2i88

Müsahibənin təşkili barədə əsas qeydlər:

- Müraciət üçün verilmiş vaxt bitdikdən sonra namizədlərin test imtahanında topladığı bala əsasən müraciət edənlər arasında ən yüksək bal toplamış namizəd müsahibəyə dəvət ediləcəkdir. Həmin namizəd uyğun olmazsa, müraciət edənlər arasından bal sıralamasına uyğun olaraq növbəti namizəd dəvət ediləcəkdir.

- Vakansiyaya müraciət üçün keçid balı 25 bal müəyyən edilmişdir.

- Müsahibəni keçməyən və ya qeydiyyatdan keçdiyi halda müsahibəyə dəvət edilməyən namizədlər gələcəkdə təşkil ediləcək müsahibələrə yenidən müraciət edə bilərlər. (Namizədin topladığı bal 1 il üçün keçərlidir.)