Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrində vakant tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul həyata keçirilir. Bununla bağlı 22 iyul 2024-cü il tarixindən 26 iyul 2024-cü il saat 23:59-dək 2022 və 2023-cü ildə keçirilmiş müsabiqədə iştirak etmiş şəxslər aşağıda qeyd edilmiş linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Təqdim olunmuş siyahıdan yalnız 1 vakant yer seçilə bilər.
Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlərin siyahısı:
https://docs.google.com/.../1vdX3rV9VJUCNbcaU5czn.../edit...
Qeydiyyat linki: https://forms.gle/NmtAQtkPdWDh5Y6w5
Müsahibənin təşkili barədə əsas qeydlər:
Müraciət üçün verilmiş vaxt bitdikdən sonra namizədlərin test imtahanında topladığı bala əsasən müraciət edənlər arasında ən yüksək bal toplamış namizəd müsahibəyə dəvət ediləcəkdir. Həmin namizəd uyğun olmazsa, müraciət edənlər arasından bal sıralamasına uyğun olaraq növbəti namizəd dəvət ediləcəkdir.
Vakansiyalara müraciət üçün keçid balı Abşeron rayonu və Sumqayıt şəhəri üzrə 35 bal, Xızı rayonu üzrə 25 bal müəyyən edilmişdir.
Müsahibəni keçməyən və ya qeydiyyatdan keçdiyi halda müsahibəyə dəvət edilməyən namizədlər gələcəkdə təşkil ediləcək müsahibələrə yenidən müraciət edə bilərlər. (Namizədin topladığı bal 1 il üçün keçərlidir.)