03.04.2023

Abşeron-Xızı Regional Təhsil İdarəsi Xızı rayonu üzrə, şagird sayı 500-dək olan ümumitəhsil müəssisələrinə direktorların işə qəbulu üçün müsabiqə elan edir.

Direktorların işə qəbuluna start verildi

 

Abşeron-Xızı Regional Təhsil İdarəsi Xızı rayonu üzrə, şagird sayı 500-dək olan ümumitəhsil müəssisələrinə direktorların işə qəbulu üçün müsabiqə elan edir.

Sənəd qəbulu prosesi cari ilin aprel ayının 11-dək davam edəcək.

Direktor olmaq istəyən namizədlər üçün tələblər:

- pedaqoji ixtisas üzrə ali təhsil;

- 5 ildən az olmayaraq pedaqoji staj

- hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərmə.

Üstünlük veriləcək namizədlər:

- müəllimlərin işə qəbulu, diaqnostik qiymətləndirilmə və ya sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş şəxslər;

Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:

- kadrlar uçotunun şəxsi vərəqəsi;

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- əmək kitabçasının surəti;

- ali təhsil haqqında sənədin və əlavəsinin surəti.

Namizədlər tələb olunan sənədləri 4 – 11 aprel tarixlərində Abşeron - Xızı Regional Təhsil İdarəsinə təqdim etməlidirlər.

Şagird sayı 151-500 arası olan məktəblərə müraciət edən namizədlər əvvəlcə test imtahanında iştirak edəcək, uğur qazanan namizədlərlə ikinci mərhələdə müsahibə keçiriləcək.

Qeyd edək ki, test imtahanı 15 aprel tarixində həyata keçiriləcək.

Namizədlər müsahibə mərhələsində aşağıdakı meyarlara əsasən qiymətləndiriləcəklər:

- vəzifə üzrə nəzəri biliklər;

- idarəetmə bacarıqları;

- şəxsi keyfiyyətlər.

Müsahibə zamanı namizəd hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndiriləcək. Hər meyar üzrə keçid balı 3-dür.

 

Vakansiya


Açar sözlər: