Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində vakant olan direktor və direktor müavinləri vəzifələri üzrə işəqəbul müsabiqəsində uğur qazanan namizədlər üçün müsahibə mərhələsi keçiriləcəkdir.
Müsahibələrin 05-20 dekabr tarixləri aralığında Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 11 nömrəli tam orta məktəbdə keçirilməsi nəzərdə tutulur.
Müsabiqədə uğur qazanmış namizədlərin əlaqə nömrələrinə bu barədə SMS bildirişi göndəriləcək.
Namizədlərdən xahiş olunur ki, qeyd edilmiş vaxtda müsahibə binasında olsunlar.
Direktor və direktor müavinlərinin işəqəbulunun müsahibə mərhələsində müsabiqədə uğur qazanmış namizədlərin əlaqə nömrələrinə bu barədə SMS bildirişi göndəriləcək və ya telefon vasitəsilə müsahibə mərhələsinə dəvət ediləcəklər.
Namizədlərdən xahiş olunur ki, qeyd edilmiş vaxtda müsahibə binasında olsunlar.
Qeyd edək ki, direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 31 nəfər namizəd iştirak edib ki, onlardan 19 nəfəri müvafiq keçid balını toplayıb. Direktor müavinlərinin işə qəbulu müsabiqəsində isə 117 nəfər namizəd iştirak edib onlardan 61 nəfəri uğur qazanıb.
Müsahibə mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!