Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 10 noyabr 2022-ci il tarixdən 15 dekabr 2022-ci il tarixədək eksternat təhsilalma forması üzrə sənəd qəbulu həyata keçiriləcəkdir. Eksternat qaydasında imtahanlar Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə şamil olunur. İmtahanda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri Abşeron-Xızı Regioanl Təhsil İdarəsinə təqdim etməlidirlər:
Şəxsiyyət vəsiqəsinin surəti
Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında imtahanlarda iştirak üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) surəti
Təhsil müəssisəsindən neçənci sinfi bitirdiyinə dair arayışın surəti
Hərbi xidmət haqqında sənədin surəti
Abşeron-Xızı Regional Təhsil İdarəsi müdirinin adına ünvanlanmış ərizə
Müraciət edən şəxslər buraxılış imtahanlarından öncə əsas fənlərdən ibarət aralıq imtahanında iştirak edirlər.
İmtahanda uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd ( attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanacaqlar.
Qeyd: Ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat olmaq üçün müraciət edən şəxsin yaşı 18-dən aşağı olmamalıdır.
Xüsusi qeyd: Təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar edildiyi təqdirdə eksternat qaydasında imtahanlarda iştirak barədə müraciət qəbul olunmayacaqdır.
İmtahanın keçiriləcəyi yer və tarix barədə daha sonra məlumat veriləcəkdir.