Abşeron-Xızı Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dək olan və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üçün müsabiqə elan edir. Seçim prosesi cari ilin noyabr ayının 30-dək davam edəcək.
Direktor olmaq istəyən namizədlər üçün tələblər:
- pedaqoji ixtisas üzrə ali təhsil;
- 5 ildən az olmayaraq pedaqoji staj
- hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərmə.
Üstünlük veriləcək namizədlər:
- müəllimlərin işə qəbulu, diaqnostik qiymətləndirilmə və ya sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş şəxslər;
- 2022-ci il üzrə keçirilən direktorların işə qəbulu ( Nazirlik və RTİ-lər tərəfindən təşkil edilən) üzrə müsabiqənin test imtahanı mərhələsində keçid balı toplamış namizədlər.
Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti;
- ali təhsil haqqında sənədin və əlavəsinin surəti.
Namizədlər tələb olunan sənədləri 10 – 14 noyabr tarixlərində Abşeron - Xızı Regional Təhsil İdarəsinə təqdim etməlidirlər. Şagird sayı 151-500 arası olan məktəblərə müraciət edən namizədlər əvvəlcə test imtahanında iştirak edəcək, uğur qazanan namizədlərlə ikinci mərhələdə müsahibə keçiriləcək.
Qeyd edək ki, test imtahanı 18 noyabr tarixində həyata keçiriləcək.
Namizədlər müsahibə mərhələsində aşağıdakı meyarlara əsasən qiymətləndiriləcəklər:
- vəzifə üzrə nəzəri biliklər;
- idarəetmə bacarıqları;
- şəxsi keyfiyyətlər.
Müsahibə zamanı namizəd hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndiriləcək. Hər meyar üzrə keçid balı 3-dür.
Keçidə daxil olaraq vakant məktəblərin siyahısı ilə tanış ola bilərsiniz