Xaricdə Doktorantura Təhsili
Tədris ili: 2022-ci il ərzində
İlk qəbula son müraciət tarixi: 1 aprel 2022-ci il
Hədəf: |
→ |
Azərbaycan ali təhsil müəssisələrinin akademik imkanlarının gücləndirilməsi məqsədilə dünyanın ən reytinqli universitetlərində doktorantların hazırlığını təmin etmək |
|
|
|
Hədəf qrupu: |
→ |
Prioritet elm sahələri üzrə yüksək tədqiqat bacarıqlarına malik gənc tədqiqatçılar |
|
|
|
Prioritet ixtisas istiqamətləri: |
→ |
Siyahı ilə buradan tanış ola bilərsiniz. |
|
|
|
Universitetlərin siyahısı: |
→ |
Cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə 500-cü yerdən aşağı olmayan sırada yer alan universitetlər: |
|
|
|
Müddət: |
→ |
Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi təhsil aldıqları xarici ali təhsil müəssisələri tərəfindən müəyyən edilən minimum normativ təhsil müddətində həyata keçirilir. |
|
|
|
Qarşılanan xərclər: |
→ |
Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi aşağıdakı xərcləri əhatə edir: təhsil xərcləri; viza və təhsil aldığı ölkədə qeydiyyat xərcləri; aylıq yaşayış xərcləri; tibbi sığorta xərcləri; beynəlxalq nəqliyyat xərcləri. Ətraflı: Müvafiq maliyyələşdirilmə qaydalarının 2-ci maddəsi. |
|
|
|
İlkin seçim meyarları: |
→ |
Namizədin xarici ölkənin ali təhsil müəssisəsində doktorantura səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisas istiqamətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 241 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları”na uyğun olması; Namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması; Namizədin bakalavr və ya magistr ali təhsil dərəcəsinə malik olması; Namizədin təhsil almaq istədiyi və ya təhsil aldığı xarici ali təhsil müəssisəsinin (təhsil iki və ya daha artıq sayda xarici ali təhsil müəssisəsində aparıldığı halda, onların hamısının) beynəlxalq reytinqlərin (“Times Higher Education World University Rankings”, “Academic Ranking of World Universities”) hər hansı birində cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə 500 yerdən aşağı olmayan sırada yer alması: Azərbaycan Respublikası ali təhsil müəssisəsinin xarici ali təhsil müəssisəsində təhsili başa çatdıqdan sonra namizədin pedaqoji fəaliyyətə cəlb edilməsi üçün onunla əmək müqaviləsi bağlamağa razılığının olması; Namizədin həqiqi hərbi xidmət keçməsi, yaxud xarici ali təhsil müəssisəsində təhsili başlayanadək çağırışa möhlətinin olması və ya çağırışdan azad edilməsi;
|
|
|
|
Diqqət: |
→ |
Aşağıdakı hallarda namizəd müsahibəyə buraxılmır : Müvafiq seçim qaydalarının 3.2-ci bəndinə uyğun olaraq tələb olunan sənədlər natamam təqdim edildikdə və ya həmin sənədlərdə uyğunsuzluqlar aşkar edildikdə; Müvafiq seçim qaydalarının 2.2-ci bəndində göstərilən qaydada aparılmış qiymətləndirmə nəticəsində namizədin seçim meyarlarına uyğun olmadığı müəyyən edildikdə. |
|
|
|
Son müraciət tarixi: |
→ |
01.04.2022-ci il |
|
|
|
Müraciət proseduru: |
→ |
Müraciət elektron ərizə sistemi vasitəsi ilə həyata keçirilir: http://app.dp.edu.az/ Elektron ərizəni doldurmağa keçmədən öncə müvafiq təhsil səviyyəsi üzrə tələb olunan bütün sənədlərin elektron surətlərini hazırlamağınız tövsiyə olunur; Müvafiq video-təlimatla tanış olmağınız tövsiyə olunur. |
Müraciət üçün tələb olunan sənədlər: |
→ |
Sənədin adı |
Tələb |
Qeyd |
1. Qəbul sənədi
Qeyd: hazırda təhsil alanlar üçün müvafiq arayış. |
İngilis, rus və türk dillərindən başqa digər dillərdə olan sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsi. |
Minimum normativ təhsil müddəti, dərslərinizin başlama və proqnozlaşdırılan məzuniyyət tarixi göstərilməsi tövsiyə olunur. |
||
2. Razılıq məktubu - nümunə ilə buradan tanış ola bilərsiniz. |
- |
Təhsilinizi başa vurub Azərbaycana qayıdan zaman yerli ali təhsil müəssisəsinin pedaqoji fəaliyyətə cəlb edilməyiniz üçün sizinlə əmək müqavilə bağlanılmasına dair razılıq məktubu (son 6 ayda əldə edilmiş sənəd). |
||
Qeyd: sözügedən məktubu əldə etmək üçün yerli ali təhsil müəssisələri tərəfindən təyin edilmiş müvafiq nümayəndələrlə əlaqə saxlamağınız tövsiyə edilir. Nümayəndələrin siyahısı ilə buradan tanış ola bilərsiz. |
||||
3. Diplom(lar) və əlavəsi(ləri) |
Namizədlərin diplom və əlavələri notarial qaydada təsdiq edilməlidir. |
Ali təhsilini başa vurmuş, lakin bu və ya digər səbəblər üzündən seçimin aparıldığı müddətdə ali təhsil haqqında sənəd almamış namizədə bu barədə ali təhsil müəssisəsi tərəfindən verilmiş arayış təqdim edilməlidir. |
||
4. Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd |
Müvafiq səhifələr notarial qaydada təsdiq edilməlidir. |
Əsas səhifə ilə yanaşı müvafiq məlumatların qeyd olunduğu səhifələr də təqdim edilməlidir. |
||
5. Tövsiyə məktubları |
2 ədəd |
Hər iki tövsiyə məktubu ərizəçinin doktorantura səviyyəsi üzrə təhsil alma bacarıqları barədə rəyi özündə ehtiva etməli və professor- müəllim tərəfindən rəsmi şəkildə təsdiqlənmiş olmalıdır (son 6 ayda əldə edilmiş sənəd). |
||
6. Sağlamlıq haqqında arayış |
Sağlamlıq haqqında arayışın forması AZS-086/1 olmalıdır. |
Son 6 ayda əldə edilmiş sənəd |
||
7. Tədqiqat işi |
Azərbaycan dilində və 2000 sözdən az olmayan həcmdə. |
Tədqiqat planı: qısa xülasə, metodologiya, tədqiqat sualı, biblioqrafiya. |
||
8. Elmi-məqalələrin surətləri (mövcud olduğu halda) |
Xarici ölkələrin təsir gücünə (impakt faktoruna) malik olan, istinad indeksli elmi nəşrlərində dərc olunmuş elmi məqalələr olmalıdır. |
- |
||
3 tərəfli müqavilə forması: |
→ |
Dövlət Proqramı çərçivəsində təhsil almaq hüququ qazanmış şəxslərlə 3 tərəfli (Təhsil Nazirliyi, razılıq məktubunu təqdim edən yerli ali təhsil müəssisəsi və doktorant) müqavilə imzalanır. Proqram iştirakçısının təhsilinin maliyyələşdirilməsi sözügedən müqavilə əsasında həyata keçirilir. Müqavilə forması ilə keçiddən tanış ola bilərsiniz. |
||
|
|
|
||
Müraciətin izlənməsi: |
→ |
Namizədlər müraciətlərini Elektron Ərizə Sisteminin “Şəxsi kabinet” bölməsindən izləyə bilərlər. |
||
|
|
|
||
Mütəmadi Verilən Suallar: |
→ |
Mütəmadi verilən suallarla keçiddən tanış olmağınız xahiş olunur. |
||
|
|
|
||
Dövlət Proqramı İdarəetmə Qrupu ilə əlaqə: |
→ |
Dövlət proqramı ilə bağlı suallarınızı dpinfo@edu.gov.az elektron poçtuna ünvanlaya bilərsiniz. |