Hörmətli direktorlar,
Məlumat üçün bildiririk ki, 2019/2020-ci tədris ilində uşaqların məktəbəhazırlıq qruplarına qəbulu ölkə üzrə, birinci siniflərə qəbul isə 8 şəhər və rayon üzrə (həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəbləri də daxil olmaqla) elektron proqram təminatı vasitəsi ilə həyata keçirilmişdir. Növbəti dərs ilində birinci siniflərə uşaqların qəbulunun ölkə üzrə elektron qaydada aparılması, həmçinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulunun proqram təminatı vasitəsilə davam etdirilməsi və şəbəkənin genişləndirilməsi planlaşdırılmışdır.
Qeyd olunanları nəzərə alaraq, ərazidə yaşayan (yaşayış məntəqələri üzrə) 5 yaşlı uşaqların siyahısının dəqiqləşdirilməsini, icbari təhsilin yerinə yetirilməsinin təmin edilməsi məqsədilə məktəbəhazırlıq qruplarına cəlb edilməyən və növbəti dərs ili üçün I sinifdə təhsilə cəlb olunacaq uşaqların dəqiq siyahılarının tərtib edilməsini, ümumtəhsil məktəblərində növbəti tədris ili üçün açılması planlaşdırılan məktəbəhazırlıq qruplarının və I siniflərin proqnozlarının hazırlanmasını, I sinifdə dərs deyəcək müəllimlərin diaqnostik qiymətləndirmənin nəticələrinə uyğun seçilməsini, məktəbəhazırlıq qruplarında məşğələ aparacaq müəllimlərin IV sinifdə dərs deyəcək müəllimlərin olmasının nəzərə alınmasını və ümumiləşdirilmiş sənədlərin əlavədə göndərilmiş formaya uyğun həm təsdiq edilmiş, həm də elektron variantda 30 yanvar 2020-ci il tarixədək (saat 12:00-dək) məsləhətçi Nərmin Bayramovaya (narmin-bayramova@rambler.ru) göndərməyiniz xahiş olunur.
Qeyd: Rus bölməsi üzrə açılacaq I siniflərin və məktəbəhazırlıq qruplarının sayının müəyyənləşdirilməsində kadr potensialı nəzərə alınmalıdır.
Göndərilən məlumatların düzgün doldurulmasına məktəb direktoru şəxsən məsuliyyət daşıyır.
Məktəblərə göndərilən proqnoz formaları