27.01.2020

"Dostluğun sehri" IV Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Komitəsinin təşkilatçılığı ilə Respublikanın ümumtəhsil məktəblərinin şagirdləri və uşaq gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin iştirakı ilə “Dostluğun sehri” IV Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi keçirilir.

Müsabiqənin məqsədi 2020-ci ildə Yaponiyada keçirilən “Tokio 2020” Yay Olimpiya oyunlarını uşaqlar arasında təbliğ etmək, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərini və istedadlarını üzə çıxarmaq, onların idmana olan marağını artırmaq, idmanla bağlı fikirlərini öyrənməkdən ibarətdir.

Müsabiqənin mövzuları:

  • İdman və Ətraf mühit
  • İdman və Sülh
  • İdman və Texnologiya
  • İdman və Mədəniyyət
  • İdman və Dostluq
  • İdman və İnkluziya

Müsabiqənin şərtləri:

  • Müsabiqədə 6-15 yaşlı uşaqlar 3 qrup üzrə (I qrup 6-8 yaş, II qrup 9-12 yaş, III qrup 13-15 yaş) iştirak edə bilər;
  • Müsabiqədə ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri iştirak edə bilər;
  • Uşaqlar rəsmlərə yaradıcı yanaşmalı və sərbəst işləməlidir;
  • Rəsmlərin işlənmə texnikası sərbəstdir (rəngkarlıq, qrafika, kollaj və s.);
  • Rəsmlərin formatı 60×40 sm ölçüdə olmalı, çərçivəyə salınmamalıdır;
  • Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər;
  • Müsabiqəyə qatılan təhsil müəssisəsindən hər yaş kateqoriyası üzrə 1 rəsm işi qəbul ediləcək;
  • Müsabiqəyə yuxarıda adları çəkilən mövzulara uyğun rəsm işləri göndərilməlidir;
  • Müəllif haqqında məlumatlar etiket nümunəsinə uyğun çap olunub rəsmin arxa tərəfində yuxarı sol küncünə yapışdırılmalıdır;
  • Müsabiqənin şərtlərinə cavab verməyən, o cümlədən, cinsi, irqi və milli ayrı seçkiliyi, xalqlar arası ədavəti və separatizmi təbliğ edən, ümumiyyətlə ümumbəşəri dəyərlərin əleyhinə olan işlər qəbul edilməyəcək;
  • Müsabiqədə iştirak edən rəsmlər geri qaytarılmır.

Mərhələlər:

  • 15 yanvar-1 aprel 2020-ci il tarixədək işlərin qəbulu;
  • 1 aprel-10 may 2020-ci il tarixədək işlərin qeydiyyatı;
  • 10-15 may 2020-ci il tarixədək rəsmlərin qiymətləndirilməsi;
  • 2020-ci ilin iyun ayında sərginin açılışı və qaliblərin elan edilməsi.

Qaliblərin seçilməsi Təşkilat Komitəsinin razılığı ilə yaradılmış münsiflər heyəti tərəfindən həyata keçiriləcəkdir. Qaliblər və mükafatçılar hər bir yaş kateqoriyası üzrə I, II, III dərəcəli medal, diplom və hədiyyələrlə təltif olunacaqlar.

Ünvan:

Azərbaycan Respublikası

AZ 1118 Bakı şəhəri,

Nizami rayonu,

Qara Qarayev pr. 61

Telefon:

(+994 12) 498-39-23

(+994 12) 421-54-66

(+994 50) 350-68-69

E-mail: ugim-3@mk.edu.az

 

Müəllif haqqında məlumat etiketi nümunəsi


Açar sözlər: