24.12.2019

Əmrin icrasının təmin edilməsi barədə Sumqayıt Şəhər Təhsil Şöbəsi müdirinin əmri

Azərbaycan  Respublikası Prezidenti cənab İlham Əliyevin  Bakı Dövlət Universitetinin 100 illik yubileyində proqram xarakterli tövsiyələrinə uyğun olaraq təhsil müəssisələrində tərbiyə işinin təkminləşdirilməsi, təhsilalanların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi, onlarda ölkəmizin tarixinə, mədəniyyətinə bağlılıq, fəal vətəndaşlıq mövqeyinin formalaşdırılması sahəsində kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.12.2019-cu il tarixli, F-717/1 nömrəli əmrini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur).

2. Təhsil müəssisələrinin rəhbərləri Fəaliyyət Planın yerinə yetirilməsini təmin etsinlər, görülmüş işlər barədə ildə iki dəfə (yarımilin və ilin sonunda) hesabat hazırlayıb Təhsil Şöbəsinin metodik kabinetinə təqdim etsinlər.

3. Təhsil müəssisələrində Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin iş planlarına daxil edilməsinə və tədbirlərin təşkilinə  nəzarət metodiki kabinetin direktoru Gülbahar Haqverdiyevaya həvalə olunsun.

4. Əmr “Sumqayıt təhsili - Sabah” qəzetində dərc olunsun və Təhsil Şöbəsinin internet saytında yerləşdirilsin (K.Namazov, F.Alimova).

5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Arzu Alızadə

Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri

24 dekabr 2019-cu il

№ 108 

§ 1

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Fəaliyyət Planı