07.01.2020

 Məktəblərin II Respublika Yaradıcılıq Festivalı

Bildiyiniz kimi Məktəblərin II Respublika Yaradıcılıq Festivalına start verilib.

 

Məktəblilərin festivalda üç istiqamət - ekologiya, teatr, dekorativ tətbiqi sənət və təsviri sənət üzrə iştirakı nəzərdə tutulub.
Zəhmət olmasa festivalda iştirak edəcək ümumtəhsil müəssisələrinin rəhbərlik və müəllim heyətini “Məktəblərin II Respublika Yaradıcılıq Festivalının Əsasnaməsi” ilə tanış edərək, hər istiqamət üçün nəzərdə tutulmuş iştirak qaydaları və müsabiqədə iştirak üçün sifariş formasının doldurulma qaydası üzrə təlimatlandırasınız. 

 

*Layihəyə qoşulmaq istəyən ümumtəhsil məktəbləri ekologiya istiqaməti üzrə dekabr ayının sonunadəkteatr və dekorativ tətbiqi və təsviri sənət üzrə yanvar ayının sonunadək sifariş formasını və iştirakçı siyahısını  ekodramfest2020@mail.ru  e-mail ünvanına göndərməlidir. 

 

Əsasnamədə qeyd olunduğu kimi, ekologiya istiqaməti üzrə iştirak edən məktəblər  4 tematik gün keçirməlidir❗❗❗ 

01.01.2020 tarixinədək iki tematik günün keçirilməsinə dair göndərilən forma üzərində 2 ədəd fotoşəkil və dərs icmalından ibarət hesabat ekodramfest2020@mail.ru ünvanına göndərilməlidir❗❗❗

 

Digər iki tematik günün isə 01.04.2020 tarixinədək keçirilməsi nəzərdə tutulmuşdur.  

Aşağıda Festivalda iştirak edəcək zonaların kuratorlarının əlaqə nömrəsi qeyd olunub. 
Sual və ya problem yarandığı təqdirdə zonalar üzrə kuratorlara müraciət etməyiniz xahiş olunur.

 

  • Bakı-Abşeron zonası üzrə kurator - Nigar Mustafayeva 055 582 40 09 (Bakı, Sumqayıt, Xızı, Qubadlı, Zəngilan, Laçın, Şuşa)
  • Şəki-Zaqatala zonası üzrə kurator - Pərvin Əzizli 055 902 38 56 (Şəki, Qax, Balakən, Qəbələ, Zaqatala, Oğuz)
  • Aran zonası 1 zonası üzrə kurator - Günel Məmmədova 055 210 90 64  (Mingəçevir, Göyçay, Füzuli, Ucar, Zərdab, Ağdaş, Kürdəmir, Yevlax, Bərdə, Ağdam, Tərtər)
  • Aran zonası 2 zonası üzrə kurator - Bahar Səmədzadə 055 326 41 22 (Salyan, Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, Neftçala, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar)
  • Quba-Xaçmaz zonası üzrə kurator - Ülviyyə Abbasova 055 761 55 33 (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən)
  • Lənkəran-Astara zonası üzrə kurator - İlahə Məmmədova 055 630 73 03 (Lənkəran, Astara, Masallı, Cəlilabad, Yardımlı, Lerik, Cəbrayıl)
  • Gəncə-Qazax zonası üzrə kurator - Gülnarə Ələsgərova  050 583 51 13 (Gəncə, Tovuz, Qazax, Göygöl, Şəmkir, Naftalan, Samux, Daşkəsən, Gədəbəy, Ağstafa, Kəlbəcər, Xocalı, Xocavənd, Goranboy)
  • Dağlıq-Şirvan zonası üzrə kurator - Rüfət  055 700 26 26 (Şamaxı, İsmayıllı, Ağsu, Qobustan)  
  • http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/Yarad%C4%B1c%C4%B1l%C4%B1q%20%20tematik%20g%C3%BCnl%C9%99r.docx
  • http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/Sifari%C5%9F%20formas%C4%B1%2C%20i%C5%9Ftirak%C3%A7%C4%B1%20siyah%C4%B1s%C4%B1.pdf