Məktəb direktorlarının nəzərinə!
Bildiririk ki, Təhsil Nazirliyi ilə ASAN Xidmət arasında əldə olunmuş razılığa əsasən, bu ilin oktyabr ayından başlayaraq ASAN Səyyar (səyyar xidmətlə) vasitəsilə yerlərdə şagirdlərə şəxsiyyət vəsiqələri təqdim ediləcəkdir.
Bununla əlaqədar əlavədə olan forma (cədvəl) üzrə şəxsiyyət vəsiqəsi olmayan şagirdlər barədə məlumatları formada heç bir dəyişiklik edilmədən sentyabrın 27-dək Təhsil Şöbəsinin metodisti Nərmin Əmrahovanın elektron ünvanına (nemrahova@bk.ru) göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, məlumatların düzgünlüyünə məktəb direktoru şəxsən məsuliyyət daşıyır.