Ümumtəhsil məktəblərində 2019-2020 –ci tədris ilində “Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 30.08.2019-cu il tarixli, F-531 nömrəli əmrini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. 15 sentyabr tarixi bazar gününə təsadüf etdiyindən ilk dərs günü sentyabrın 16-dan başlansın.
2.Bütün ümumtəhsil məktəblərində ”Bilik günü”nə həsr olunmuş təntənəli tədbir saat 8:00-dan etibarən Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlansın.
3. Tədbirdə ictimaiyyət nümayəndələrinin, sabiq məzunların, Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələrinin, əmək veteranlarının, tanınmış təhsil və incəsənət xadimlərinin iştirakı təşkil edilsin.
4. Dərs ilinin ilk məşğələsi ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə-mənəvi zənginliyə aparan yol”, X-Xİ siniflərdə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunsun.
5. Bütün ümumtəhsil məktəblərində ilk dərs günü şagirdlərin, xüsusilə də birinci sinif şagirdlərinin müəllimlərlə görüşləri, sinif otaqları, dərs cədvəli ilə tanış olmaları, siniflərin növbəliyi barədə məlümatlandırılması təmin edilsin.
6. 16-21 sentyabr 2019-cu il tarixlərində V-XI sinif şagirdləri arasında Sumqayıtın 70 illiyinə həsr olunmuş inşa müsabiqəsinin məktəb mərhələsi keçirilsin və şəhər mərhələsində iştirak hüququ qazanan qaliblərin adlı siyahısı metodiki kabinetə təqdim olunsun.
7. Müəssisə rəhbərləri bu əmrdən irəli gələn məsələlərin həyata keçirilməsini təmin etsinlər.
8. Əmrin icrasına nəzarət metodiki kabinetin direktoru Gülbahar Haqverdiyevaya həvalə olunsun.
Arzu Alızadə
Təhsil Şöbəsinin müdiri
2 sentyabr 2019-cu il
№78 §1