08.08.2019

Sumqayıt Şəhər Təhsil Şöbəsinin tabeliyində olan müəssisə rəhbərlərinin nəzərinə!

    Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və MDB ölkələrinin Dövlətlərlərarası Humanitar Əməkdaşlıq Fondunun birgə əməkdaşlığı çərçivəsində cari ilin 27-30 sentyabr tarixlərində uşaq və gənclər arasında "Cücələrim" I Beynəlxalq festival-müsabiqənin keçirilməsi nəzərdə tutulmuşdur. 

    Sözügedən festival-müsabiqədə respublikanın ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələri ilə yanaşı MDB-yə üzv olan dövlətlərinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

    Qeyd olunanlarla əlaqədar rəhbərlik etdiyiniz müəssisənin şagirdlərinin Əsasnaməyə uyğun olaraq festival-müsabiqədə iştirakını təmin etməyiniz Sizə həvalə olunur.

    Ezamiyyə xərcləri təşkilatçılar tərəfindən ödənilir.