Məlum olduğu kimi, Təhsil nazirinin 14 fevral 2019-cu il tarixli, F-81 nömrəli “Təhsil Nazirliyinin tabeliyindəki qurumların (o cümlədən təhsil müəssisələrinin) sosial şəbəkələrdən səmərəli istifadəsi barədə” əmrinə əsasən Təhsil Nazirliyinin tabeliyindəki qurumların (o cümlədən təhsil müəssisələrinin) rəhbərlərinə tapşırılmışdır ki, rəhbərlik etdikləri qurumların (təhsil müəssisələrinin) “Facebook” səhifələri yeni qaydaların tələblərinə uyğunlaşdırılsın və yeni səhifələrin linkləri bir ay müddətində Nazirliyə təqdim edilsin. Lakin bəzi hallarda bu məlumatlar vaxtında təqdim olunmamış, natamam göndərilmiş və ya qurumların “Facebook” səhifələri yeni qaydalara uyğunlaşdırılmamışdır.
Bununla bağlı rəhbərlik etdiyiniz müəssisənin “Facebook” səhifəsinə dair məlumatların toplanılaraq müvafiq əmrin tələblərinə uyğun 3 iyul 2019-cu il saat 12:00-dək alimovafergie@gmail.com elektron ünvanına göndərməyiniz Sizə tapşırılır.