10.06.2019

"Son zəng" tədbirinin keçirilməsi haqqında Sumqayıt Şəhər Təhsil Şöbəsi müdirinin Əmri

    Şəhər ümumtəhsil məktəblərində "Son zəng" tədbirinin səmərəli və mütəşəkkil keçirilməsi məqsədilə

 

ƏMR EDİRƏM:

 

     1. “Son zəng” tədbiri 14 iyun 2019-cu il tarixdə saat 09:00-dan hər bir müəssisənin ərazisində təşkil olunsun.

    2. “Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin, sabiq məzunların dəvət olunması məktəb rəhbərlərinə tapşırılsın.

    3. Məktəb direktorları “Son zəng”in məktəbin həyətində keçirilən bölümünün məzmunlu, eyni zamanda lakonik təşkili, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görsünlər.

    4. Məzunların kütləvi şəkildə parklara, xiyabanlara və digər yerlərə getməsinin qarşısının alınması üçün şagird və valideynlərlə müvafiq profilaktik iş aparılması, tədbirin məktəb daxilində keçirilən bölümünün yaddaqalan təşkil edilməsi diqqətdə saxlanılsın.

   5. Təhsil Şöbəsi əməkdaşlarının “Son zəng” tədbirində iştirakı üçün məktəblər üzrə bölgüsünün aparılması aparıcı məsləhətçi Ramin Abasova həvalə edilsin.

   6. Şöbə əməkdaşları təhkim olunduqları məktəblərdə əvvəlcədən “Son zəng” tədbirinə hazırlığı diqqətdə saxlasınlar, tədbirin ssenarisi ilə tanış olub müvafiq tövsiyələrini versinlər.

     7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

    Əsas: Təhsil Nazirliyinin 07.06.2019-cu il tarixli, F-350 nömrəli əmri.

 

 

Arzu Alızadə

Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri

10 iyun 2019-cu il

№ 58