V Respublika fənn müsabiqələrinin birinci mərhələsi mayın 19-da saat 10:00 tarixdə keçiriləcək. Fənn müsabiqələrinin I şəhər (rayon) turu Sumqayıt şəhəri üzrə 3 mərkəzdə (3 və 13 nömrəli tam orta məktəblər və Təfəkkür liseyi) keçiriləcək.
Müsabiqədə iştirak edəcək (adlı siyahı hər bir məktəbin e-mail ünvanına göndəriləcək) hər bir şagird 09:00-da müsabiqənin keçiriləcəyi mərkəzdə olmalıdır.
Nəticələr 27.05.2019-cu il tarixindən etibarən www.olimpiada.edu.az
Qeyd edək ki, müsabiqədə riyaziyyat və ya informatika fənni üzrə yalnız 6-cı siniflər, fizika, kimya və ya biologiya fənni üzrə yalnız 7-ci siniflər iştirak edə bilər.
Şagirdlərə 25 fənn, 25 məntiq sualı olmaqla cəmi 50 sual təqdim olunacaq. I mərhələ üçün şagirdlərdən buraxılış vərəqəsi tələb olunmur (şəxsiyyəti təsdiq edən sənəd ilə gəlməli). Hər bir şagirdə iştirak edəcəyi mərkəz məktəbin e-mail ünvanına göndərilmiş siyahı üzrə çap olunub məktəb rəhbərliyi tərəfindən verilməlidir.