24.04.2019

Respublika fənn olimpiadalarının Respublika mərhələsinin final turu

    Hörmətli həmkarlar, 

    Respublika fənn olimpiadalarının Respublika mərhələsinin final turu İnformatika fənni üzrə 04-05 may 2019-cu il tarixdə Bakı şəhəri ADA Universitetində, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və cografiya fənləri üzrə 24-26 may 2019-cu il tarixdə keçiriləcəkdir. 

    Aşağıdakı məqamlara diqqət göstərməyinizi xahiş edirik:

 - İnformatika xaric digər bütün fənlərdən iştirak edəcək şagirdlər online qeydiyyatdan keçməlidirlər;

-  İnformatika xaric digər fənlər üzrə olimpiadanın keçiriləcəyi mərkəz yaxın günlərdə elan ediləcəkdir;

- Olimpiadadanın final turunda iştirak edəcək hər bir şagirdin Buraxılış vərəqəsinə iştirakçının şəkli vurulmalı və təhsil aldığı müəssisənin möhürü ilə möhürlənməlidir;

- Kimya və fizika fənni üzrə olimpiadada iştirak edən şagirdlər kalkulyatorlardan istifadə edə biləcəklər.

    Respublika mərhələsinin yarımfinal turunda 9-cu sinif Azərbaycan dili və ədəbiyyat fənnində 10-cu sual, 9-cu sinif kimya fənnində 18-ci sual, 10-11-ci sinif kimya fənnində 16-cı sual ilə əlaqəli daxil olan ərizələr münsiflər heyətinə təqdim edilmiş və münsiflər heyətinin rəyinə əsasən şagirdlərin iddialarında haqlı olduğu müəyyən edilmişdir. Həmin suallar bütün şagirdlərin lehinə olaraq doğru qəbul edilmiş və adları aşağıda göstərilən şagirdlərin final turda iştirak etmələrinə icazə verilmişdir:

Əliyeva Nərmin İmambaxış qızı - 9-cu sinif (Azərbaycan dili), Tağızadə Zeynəb Qasid qızı - 9-cu sinif (Azərbaycan dili).

    Əlavə suallar yarandıqda e.veliyev@arti.edu.az və ya info@olimpiada.edu.az email ünvanları vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.