Fənn olimpiadalarının Respublika mərhələsinin yarımfinal turu 31.03.2019-cu il tarixdə saat 10:00-da keçiriləcək.
Olimpiadanın yarımfinal turunda iştirak etmək hüququ qazanan şagirdlər 06 mart-20 mart tarixləri arasında http://www.olimpiada.edu.az saytında onlayn olaraq qeydiyyatdan keçməlidirlər. Vaxtında qeydiyyatdan keçməyənlər üçün sonradan qeydiyyat aparılmayacaqdır.
Online qeydiyyatdan keçən hər bir şagird buraxılış vəsiqəsini çap etməli və üzərinə şəklini vurmalıdır.
Hər bir şagirdin buraxılış vəsiqəsinə təhsil aldığı ümumtəhsil müəssisəsinin möhürü vurulmalıdır.
Qeydiyyat ilə əlaqəli hər hansı problemlə üzləşən şagirdlər http://info@olimpiada.edu.az elektron ünvanına müraciət edə bilərlər.