18.02.2019

"Xocalıya Ədalət" inşa müsabiqəsi  

    Sumqayıt şəhər Təhsil Şöbəsi və Sumqayıt Gənclər Baş İdarəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Xocalıya Ədalət” başlığı altında Azərbaycan, rus və ingilis dilləri üzrə inşa müsabiqəsi keçirilir.

    İnşa yazısı  250 sözdən az olmamalıdır.

    Sözü gedən müsabiqə 3 mərhələdə keçirilir:

    I mərhələ: 18-20 fevral 2019-cu il tarixlərində (məktəbdaxili seçim) və 21 fevral 2019-cu il tarixədək I (birinci) yer qaliblərinin inşa yazısı elekton formada şəhər Təhsil Şöbəsinə (gulbahar_22@mail.ru) göndərilməlidir.

    II mərhələ: 21 fevral 2019-cu il tarixində   şəhər mərhələsi (qaliblərin müəyyənləşdirilməsi);

    III mərhələ: 25 fevral 2019-cu il (I, II və III yer qaliblərinin mükafatlandırılması);

    QEYD: Qalib şagirdlərin inşa yazısı e-mail aksiya çərçivəsində beynəlxalq təşkilatların elektron poçt ünvanlarına göndəriləcəkdir.