Hörmətli məktəb direktoru,
1. Cari ildə mektebeqebul.edu.az saytında məktəbəhazırlıq qrupuna qeydiyyatdan keçirilmiş, lakin tədris ili boyu digər məktəblərdən yerdəyişmə ilə Sizin məktəbə gələn (bura respublika ümumtəhsil məktəblərindən gələn uşaqlar da daxildir),
2. Tədris ili boyu Sizin məktəbdən yerdəyişmə ilə digər məktəbə gedən (bura respublika ümumtəhsil məktəblərinə gedən uşaqlar da daxildir)
3. Qeydiyyatdan keçib, lakin məşğələlərə ümumiyyətlə gəlməyən (yəni əmrləşdirilməyən uşaqlar)
4. Təhsilini yarımçıq qoymuş uşaqların (yəni aktla və yaxud valideynin ərizəsi ilə şagird kontingentindən azadedilmiş uşaqlar)
adlı siyahısını göndərilən formaya (gələnlər ayrı siyahıda Səhifə-1, gedənlər ayrı siyahıda Səhifə-2, əmrləşdirilməyən uşaqlarSəhifə-3, təhsilini yarımçıq qoymuş uşaqlar Səhifə-4-dəki formada) əlavə edib 18.02.2019-cu il tarixədək Oqtay m. emailinə nuriyevo@mail.ru göndərilməsinə göstəriş verməyiniz Sizdən xahiş olunur.
Qeyd: Gedən uşaqların arayışlarını da skan edib göndərin
Qeyd: Respublika məktəblərindən gələn uşaqların adlarının sistemə daxil edilməsi üçün valideynin şəxsiyyət vəsiqəsini, uşağın sənədi və mobil nömrə yazıb göndərin.