Hörmətli məktəb direktorları! Bildiririk ki, 29 noyabr 2018-ci il tarixində Təhsil, Mədəniyyət və Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən “Məktəblilərin Respublika Yaradıcılıq Festivalı”nın Əsasnaməsi təsdiq edilmiş və Nazirliyin rəsmi internet saytında sənədlər bölməsində yerləşdirilmişdir.
Festivalla bağlı Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin məsul əməkdaşları tərəfindən Əsasnamədə göstərilən zonalar üzrə ümumtəhsil məktəblərinin müəllimləri üçün maarifləndirmə tədbirləri həyata keçirilmiş, onlara qaranlıq qalan suallara operativ izahlar verilmişdir.
Cari ilin 15 fevral tarixinədək Əsasnamədə qeyd olunan sifariş formasına (Əlavə 2) əsasən, rəhbərlik etdiyiniz ümumtəhsil müəssisələrinin şagirdlərinin qeydiyyatdan keçməsinə nəzarət Sizə həvalə edilir.
Qeydiyyatdan keçmə qaydası əlavədəki Əsasnamənin 5-ci bəndində göstərilmişdir. Əlavə məlumat üçün aşağıdakı ünvanlarla əlaqə saxlaya bilərsiniz.
Facebook: Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (http://www.facebook.
E-mail: rugim@mk.edu.az
Qoşma: “Məktəblilərin Respublika Yaradıcılıq Festivalı”nın Əsasnaməsi.