Aparılan təhlil və müşahidələr göstərir ki, “Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı” (1999), “Milli Kurikulumun Konsepsiyası” (2006), “Təhsil haqqında qanun” (2009), “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” (2010), “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” (2013) kimi Azərbaycanda təhsil sahəsində həyata keçirilən son islahatlar və son zamanlarda “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla aparılması Qaydası” (2018) geniş təbliğ olunsa da, hələ də məktəb rəhbərlərini, müəllimləri narahat edən məsələlər mövcuddur. Kurikulum və məzmun standartlarının mahiyyəti, kurikulumların tətbiqi yolları, təlim strategiyaları, təlim materiallarının planlaşdırılması, məzmun standartlarının reallaşdırılması, motivasiyanın təşkili, təlim məqsədinin müəyyənləşdirilməsi, şagird nailiyyətlərinin qiymətləndirilməsi (diaqnostik, formativ, summativ) ilə bağlı pedaqoji kollektivləri narahat edən problemləri aradan qaldırmaq üçün sual bazasının yaradılması məqsədəmüvafiq sayılmışdır.
Göstərilənləri nəzərə alaraq, bu məsələ barədə pedaqoji kollektivinizi məlumatlandırmağınız, onlar tərəfindən verilən sualları sistemləşdirib 29.01.2019-cu il tarixinədək ŞTŞ-in metodkabinetinə təqdim etməyiniz (həmçinin elektron variantda gulbahar_22@mail.ru ünvanına göndərməyiniz) xahiş olunur.