Xarici dövlətlərin Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəlikləri və xarici təşkilatlar tərəfindən ölkəmizin ümumtəhsil müəssisələrinə birbaşa olaraq müəyyən dərsliklər, tədris materialları və digər ədəbiyyatların təqdim edilməsi hallarına rast gəlinir.
Sözügedən çap materiallarında ölkəmizin təhsil və başqa sahələrdə həyata keçirdiyi dövlət siyasətinə uyğun olmayan məqamların yer alması ehtimalını nəzərə alaraq bildiririk ki, ümumtəhsil müəssisələrinə dərslik və tədris materialları yalnız Təhsil Nazirliyi vasitəsilə təqdim edilir.