07.01.2019

"Qarabağ həqiqətlərini dünyaya çatdıraq" mövzusunda uşaqlar üçün yazı müsabiqəsi

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi xalqımıza qarşı törədilmiş soyqırımı cinayətlərinin, erməni vəhşiliyinin, işğal zamanı həlak olmuş, qətlə yetirilmiş insanlar barədə məlumatların ictimaiyyətə çatdırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bununla bağlı Komitə "Qarabağ həqiqətlərini dünyaya çatdıraq” mövzusunda uşaqlar arasında yazı müsabiqəsi elan edir. 

    Müsabiqədə iştirak etmək istəyən şagirdlər 1 fevral 2019-cu il tarixədək yazılarını, eləcə də, özləri haqqında məlumatı (adı, soyadı, atasının adı, yaşı, əlaqə telefonları, təhsil aldığı müəssisə, rayon/şəhər) ushaq.problemleri@mail.ru elektron ünvanına göndərə bilərlər. 

    Müsabiqəyə təqdim olunacaq yazının mətni 2 səhifədən çox olmamaqla, Arial -14 şrifti və 1,5 intervalla çap edilməlidir.

    Məqalələr Azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər.

    Müsabiqənin qalibləri mükafatlandırılacaqdır.

    Əlaqə nömrəsi: 598-27-12

    493-78-16

    050 235-34-11

    

    Uşaq problemləri şöbəsi: Tel: 598-27 -12    

 

 


Açar sözlər: ,  ,