23.11.2018

Dərsliklərin elektron variantı

    Müəllimlərin tədris prosesini qurması üçün dərsliklərdən və müəllim üşün metodik vəsaitlərdən istifadə etməsi zəruridir. Məhz müəllimlərin həmin vəsaitlərdən istifadəsini asanlaşdırmaq məqsədilə ümumi təhsil müəssisələrinin bütün siniflərin dərslikləri və onların metodik vəsaitlərinin elektron versiyaları www.trims.edu.az saytında yerləşdirilmişdir. İnternetə çıxıçı olan kompüter vasitəsi ilə həmin saytdan lazımi vəsaitləri açıb oxumaq, eləcə də onları pdf formatında bir neçə dəqiqə ərzində kompüterə yükləyib bütün tədris ili boyu istifadə etmək olar.