23.11.2018

İstedadlı şagird üçün istedadlı müəllim

    Ümumtəhsil müəssisələrində çalışan müəllimlərin istedadlı şagirdlərlə bağlı fəaliyyətlərə daha yaxından cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən 15 dekabr 2018-ci il tarixində "İstedadlı şagird üçün istedadlı müəllim" adlı müsabiqə keçiriləcək.

   Müsabiqənin məqsədi istedadlı şagirdlərlə işləyəcək pedaqoji kollektivi müəyyənləşdirmək, onların müxtəlif layihələrə cəlb olunmaqla pedaqoji və akademik bacarıqlarının inkişafını təmin etməkdir. Gələcəkdə icra olunacaq fəaliyyətlər zamanı müsabiqə qalibi olan şəxslərin təcrübələrindən istifadə edilməsi və onların layihələrinin dəstəklənməsi planlaşdırılır. Müsabiqədə iştirak könüllüdür.

    Müsabiqənin beş fənndən -  riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə keçirilməsi planlaşdırılır:

    Müsabiqənin ümumi mükafat fondu 15.000 manat nəzərdə tutulmuşdur. Hər bir fənn üzrə:

    I yer - 1.500 AZN;

    II yer - 1.000 AZN;

    III yer - 500 AZN.

    Müsabiqədə iştirak etmək istəyən müəllimlər haqqında məlumatların qoşmadakı cədvəldə yazılaraq 05.12.2018-ci il tarixədək gulbahar_22@mail.ru elektron ünvanına  göndərməyinizi xahiş edirik.

Qoşma: http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/M%C3%BCsabiq%C9%99d%C9%99%20i%C5%9Ftirak%20ed%C9%99c%C9%99k%20m%C3%BC%C9%99lliml%C9%99r%20haqq%C4%B1nda%20m%C9%99lumat.xlsx

    

 


Açar sözlər: ,  ,  ,