02.11.2018

Məktəb direktorlarının nəzərinə!

    Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında birgə əməkdaşlıq haqqında Memoronduma əsasən Cəmiyyət tərəfindən maarifləndirici tədbirlər təşkil edilir.      2018-ci ilin yanvar ayından başlayaraq Sumqayıt şəhər 2, 13, 11, 14, 16, 18, 21, 23 nömrəli tam orta məktəblərdə "İnsan alverinə qarşı mübarizə" adlı seminar keçirilmişdir. Eləcə də digər məktəblərdə bu seminarların keçirilməsi nəzərdə tutulmuşdur.

    Göstərilənləri nəzərə alaraq seminarların keçirilməsi üçün Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin əməkdaşlarına şərait yaratmağınız Sizə həvalə edilir.