18.10.2018

Ümumdünya İrs Şəhərində bir gün

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu  (İTMQ) 2000-ci ildən  Ümumdünya İrs Şəhərləri Təşkilatının üzvüdür. Həmin təşkilat 2-5 iyun 2019-cu il tarixlərdə Polşanın Krakov şəhərində "XV Ümundünya Konqres"i keçirməyi planlaşdırır. Konqres çərçivəsində gənc nəslin ümumdünya irsi ilə bağlı biliklərinin öz şəxsi baxışları nöqteyi-nəzərindən ifadə olunması məqsədilə "Ümumdünya İrs Şəhərində bir gün" adlı video-çarx müsabiqəsinin keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki,müsabiqədə 14-17 və 18-21 yaş qrupuna aid gənclərin iştirakı nəzərdə tutulmuşdur. Sözügedən məsələ ilə əlaqədar rəhbərlik etdiyiniz məktəbin (liseyin, gimnaziyanın) şagirdlərinin video-çarx müsabiqəsində iştiraka cəlb olunmasında köməklik göstərməyinizi xahiş edirik. Müsabiqə ilə bağlı hər hansı bir sualınız yaranarsa, Proqramın administratoru-Andreanne Charest-in emailnə yaza bilərsiniz: acharest@ovpm.org
https://www.ovpm.org/en/news/launching-2019-video-competition