Azərbaycan Milli Elmlər Akademiyasının Təşkilatçılığı ilə 09-30 oktyabr 2018-ci il tarixlərdə növbəti III Azərbaycan Elm Festivalı keçirilməsi planlaşdırılır.
Festivalın keçirilməsində məqsəd Azərbaycan elminin nailiyyətlərini, yeni elmi innovasiyaları nümayiş etdirmək, müasir innovativ üsullar əsasında elmin təbliğinə nail olmaq, elmin populyarlaşdırılması vasitəsi ilə cəmiyyətdə elmə olan marağı artırmaqdır.
Festival UNESCO-nun himayəsi, Bakı Şəhər İcra Hakimiyyəti, AR Prezidenti yanında Elmin İnkişafı Fondu, AR Prezidenti yanında Bilik Fondu, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Moskva Dövlət Universiteti və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq.
Elm festivalı çərçivəsində Bakı, Naxçıvan, Şəki, Mingəçevir, Gəncə, Lənkəran və Quba şəhərlərində bir sıra tədbirlər keçiriləcək.
Bununla əlaqədar, şagirdlərin III Azərbaycan Elm Festivalına cəlb olunması məqsədi ilə müvafiq təşkilati tədbirlərin görülməsini xahiş edirik.